Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib ki, itkin düşənlər arasında 10 qadın və 2 uşaq da var.
Miqrantlardan çoxu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.