Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.
YeniAvropa xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.
Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.
Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.