logo

Meksikada neft kəmərində partlayış nəticəsində 66 nəfər ölüb

19:49 19-01-2019 | icon 2989
Meksikada neft kəmərində partlayış nəticəsində 66 nəfər ölüb

Meksikada neft kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 76 nəfər yaralanıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İdalqo ştatının qubernatoru Omar Fayyad mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yaralıların bəziləri çox ağır vəziyyətdədir. Partlayışda zərər çəkənlər arasında yaşı 18-dən az olan yeddi oğlan və 12 yaşında bir uşaq da var.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı vaxt baş verib.