Qazaxıstan prezidenti Nursultan Nazarbayev Akmola vilayətində Aqkol Smart Şəhər ilə tanış olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Smart Şəhərdə rəqəmsal texnologiya sahəsində müasir inkişaf işləri həyata keçirilib. Bu pilot layihə yol hərəkəti və ictimai təhlükəsizliyin, sosial obyektlərdə, təhsil və səhiyyə ocaqlarında idarəetmənin, eləcə də yaşayış binalarının yeni nəslin "ağıllı" avadanlıqlarla təmin edilməsinə yönəlib.
Qazaxıstan prezidenti tanışlıq zamanı rəqəmsallaşdırma sahəsində həyata keçirilən layihələrin əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çəkib.
Aqkol Qazaxıstanda bütün kommunal xidmətləri rəqəmsallaşdırılılan ilk şəhərdir. "Smart Aqkol" layihəsi "Rəqəmsal Qazaxıstan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Paytaxtdan 100 km məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol Qazaxıstanda ilk tam rəqəmsal yaşayış məkanı olacaq.