YeniAvropa xəbər verir ki, bu barədə N.Paşinyan özünün "Facebook" səhifəsində yazıb.
Ermənistanın baş naziri İsveçrəyə yanvarın 20-də yollanacaq.
Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.
Forum 1971-ci ildə yaradılıb. Onun üzvləri sırasında dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat yer alır. Ermənistan ilk dəfədir ki Dünya İqtisadi Forumunda baş nazirlə təmsil olunur. Bu, Serj Sarkisyan dönəmində ölkə konstitusiyasına edilən dəyişiklikdən sonra mümkün olub. Belə ki, 2016-cı ildə konstitusiyaya edilən dəyişiklikdən sonra ölkə prezidenti simvolik status alıb. Dövləti isə beynəlxalq tədbirlərdə baş nazir təmsil edir.