Qazaxıstanın Almatı şəhərindəki “Alatau” sanatoriyasının ərazisində şəxsi vertolyot qəzaya uğrayıb.
YeniAvropa xəbər verir ki, qəzaya uğrayan “Evrokopter-130” markalı vertolyot “Sky Service” aviaşirkətinə məxsusdur. “Boralday-Böyük Almatı gölü” marşrutu ilə uçan vertolyotda pilot Valentin Şitov qəzadan sonra sağ qalsa da, təcili tibbi yardımda xəstəxanaya aparılarkən yolda vəfat edib.
Qazaxıstan Respublikası Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin qəza və hadisələrin araşdırılması departamentində istintaq başladılıb.