logo

Sabah Gürcüstanda matəm günü elan olunub

21:51 16-01-2019 | icon 2982
Sabah Gürcüstanda matəm günü elan olunub

Yanvarın 17-də Gürcüstanda matəm günü elan olunub.

YeniAvropa xəbər verir  ki, bununla əlaqədar Gürcüstanın Baş naziri Mamuka Baxtadze sərəncam imzalayıb.

Sərəncama əsasən yanvarın 17-də Gürcüstanda və xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərdə dövlət bayrağı endiriləcək.

Məlumat üçün qeyd edək ki, yanvarın 16-da Tbilisinin Didi Diğomi rayonunun Antandil küçəsindəki çoxmərtəbəli yaşayış binasında partlayış olub. Nəticədə 3 nəfər ölüb, 3-ü azyaşlı uşaq olmaqla 6 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.