Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.
MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.
Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.