logo

ATƏT-in 850-dək müşahidəçisi Ukraynadakı prezident seçkilərini izləyəcək

19:10 16-01-2019 | icon 3080
ATƏT-in 850-dək müşahidəçisi Ukraynadakı prezident seçkilərini izləyəcək

Ukraynada keçiriləcək prezident seçkilərini ATƏT-in 850-yə yaxın müşahidəçisi izləyəcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onların seçki prosesində təhlükəsizliyi və müşahidəçilik missiyasını hərtərəfli yerinə yetirmək üçün Ukrayna DİN-də xüsusi işçi qrup və qərargah yaradılıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.