logo

Emoməli Rəhmon 2021-ci ilədək sahibkarların yoxlanılmasına qadağa qoydu

15:52 16-01-2019 | icon 3052
Emoməli Rəhmon 2021-ci ilədək sahibkarların yoxlanılmasına qadağa qoydu

Tacikistan prezidenti Emoməli Rəhmon 2021-ci il yanvarın 1-dək sahibkarlıq subyektlərinin yoxlanılmasına qadağa qoyub. 

YeniAvropa xəbər verir  ki, dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

Sənəddə bildirilir ki, qadağanın səbəbi istehsal sahələrində sahibkarların fəaliyyətinə dəstək olmaq, yeni iş yerlərinin açılmasına, sərmayəyə şərait yaratmaq, respublikanın sənaye və ixrac potensialını yüksəltməkdir.

Dövlət başçısı çıxışlarında bildirib ki, Tacikistanda biznesin müxtəlif sahələrində 28 nəzarət strukturu var və onlar biznesin, sahibkarlığın inkişafına mane olurlar.