logo

İranlı jurnalist ABŞ-da həbs edilib

12:56 16-01-2019 | icon 2947
İranlı jurnalist ABŞ-da həbs edilib

İranın Press TV televiziya kanalının ABŞ-dakı xüsusi müxbiri Mərziyyə Haşimi Vaşinqtonda həbs edilib.

YeniAvropa xəbər verir  ki, Sent-Luis beynəlxalq hava limanında həbs edilən M.Haşimiyə qarşı hələlik heç bir ittiham irəli sürülməyib. Jurnalistin ailə üzvləri bildiriblər ki, həbsin səbəbi onlara da məlum deyil.

Həbs olunduqdan sonra bir telefon zəngi hüququndan istifadə edən jurnalist ailə üzvlərinə zəng vurub. O bildirib ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları onunla cinayətkar kimi rəftar ediblər. Onlar jurnalisti başındakı hicabı açmağa və halal olmayan yeməklər yeməyə məcbur ediblər.

ABŞ-ın hüquq-mühafizə orqanları iranlı jurnalistin həbsi ilə bağlı hələlik heç bir aşıqlama verməyiblər.