Futbol üzrə Türkiyə kubokunun səkkizdəbir final mərhələsində keçirilməsi planlaşdırılan “Boluspor” - “Qalatasaray” matçı ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınıb.
YeniAvropa xəbər verir ki, “Qalatasaray” klubunun rəsmisi Abdurrahim Albayrak jurnalistlərə açıqlamasında qarşılaşmanın sabah keçiriləcəyini bildirib.
Lakin oyunun keçirilməsi barədə son qərarı Türkiyə Futbol Federasiyası verəcək.