Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.
YeniAvropa xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovdan sonra Şəhriyar Məmmədyarov da növbəti turu heç-heçə başa vurub. Qrossmeysterimizin budəfəki rəqibi yarışın lideri rusiyalı Yan Nepomnyaşi olub.
Qeyd edək ki, Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 2 xalla 6-9-cu yerləri bölüşürlər.
Xatırladaq ki, bu gün Teymur Rəcəbov keçmiş dünya çempionu Vişvanatan Ananda qarşı oyunda heç-heçə qeydə alınıb.