Yanvarın 15-də axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.
YeniAvropa xəbər verir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.
Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.
Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.