Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirib.
YeniAvropa xəbər verir ki, Başakşəhir, Bəyoğlu, Sancaktəpə, Sultanbəyli və Şişlidə eyni zamanda keçirilən əməliyyatlarda 9 PKK mənsubu həbs olunub. Saxlanılan şəxslər “Molotov kokteyli” ilə terror aktları törətməkdə, o cümlədən avtomobillərin yandırılması cinayətinə görə axtarışda olublar.