logo

Yanvarın 16-ı Rusiyanın Şaxtı şəhərində matəm günü elan edilib

17:12 15-01-2019 | icon 3227
Yanvarın 16-ı Rusiyanın Şaxtı şəhərində matəm günü elan edilib

Qaz partlaması nəticəsində doqquzmərtəbəli yaşayış evində insan tələfatı ilə əlaqədar Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində yanvarın 16-sı matəm günü elan edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti bildirib.

Xatırladaq ki, yanvarın 14-də Şaxtı şəhərindəki doqquzmərtəbəli binada partlayış baş verib. Nəticədə dörd mənzil tamamilə dağılıb, iki nəfər həlak olub, dağıntılar altından yeddi nəfər xilas edilib, üç nəfərin taleyi haqqında məlumat yoxdur. Faciə ilə bağlı cinayət işi qaldırılıb.