Ərdoğan Trampla telefonda Suriyanı müzakirə edib
Yanvarın 14-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan həmkarının ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə qərarını məmnunluqla qarşıladıqlarını vurğulayıb və Türkiyənin bu prosesdə NATO-dakı müttəfiqi Birləşmiş Ştatlara hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Bölgədə hakimiyyət boşluğunun yaranmaması üçün “Münbiç Yol xəritəsi”nin başa çatdırılmasının, ABŞ ordusunun Suriyadan çıxarılmasına mane olmaq istəyən qüvvələrin cəhdlərinin qarşısının alınmasının vacibliyini vurğulayan prezidentlər Suriyanın ərazi bütövlüyü prinsipi əsasında ölkənin şimalında terrorçulardan təmizlənmiş təhlükəsizlik bölgəsinin yaradılması məsələsini də müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını bildirərək, ölkəsinin məqsədinin milli təhlükəsizliyə təhdid yaradan terror təşkilatları – İŞİD, PKK və onun Suriyadakı qolu ilə mübarizə aparmaq olduğunu deyib.
Telefon danışığında, həmçinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.
Prezidentlərin telefon söhbəti ilə bağlı Ağ Evin rəsmi açıqlamasında dövlət başçılarının ABŞ ordusunun Suriyadan çıxarılması məsələsi ilə yanaşı, ikitərəfli münasibətlərin inkişafı barədə də fikir mübadiləsi apardıqları qeyd olunub. Açıqlamada prezident Donald Trampın Suriyanın şimal-şərqindən yarana biləcək təhdidlərlə bağlı Türkiyənin narahatlığının aradan qaldırılması üçün birlikdə əməkdaşlıq etmək istədiklərini vurğuladığı bildirilib.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib