Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində Xabarov küçəsi 16 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında bu səhər partlayış baş verib.
YeniAvropa "TASS" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, məişət qazının partlaması nəticəsində bir qadın həlak olub, 7 nəfər xilas edilib, 8 nəfər isə xəsarət alıb. FHN-nin məlumatına əsasən, dağıntılar altında hələ də insanlar var. Xilasedicilər dağıntılar altından ana ilə billikdı 2 yaşlı uşağı çıxarıblar.
partlayışın 8 yaxud 9-cu mərtəbədə baş verməsi dəqiqləşdirilir. Binada ümumilikdə 72 mənzil var. Partlayış nəticəsində onlardan 4-ü dağılıb. 7-ci mərtəbədə isə divarlar çartlayıb. Binadan 140 sakin evaukasiya edilib. Hadisə yerinə Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də gəlib
Xatırladaq ki, bundan əvvəl , dekabrın 31-də Maqnitoqorsk şəhərində yaşayış binasının bir bloku məişət qazının partlaması nəticəsində uçmuşdu. Hadisə nəticəsində 39 nəfər həlak olmuşdu.