logo

PKK lideri Abdullah Öcalan qardaşı ilə görüşdü

23:33 13-01-2019 | icon 2891
PKK lideri Abdullah Öcalan qardaşı ilə görüşdü

İmralıdakı Yüksək Nəzarətli "F" tipli həbsxanada cəzasını çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalan 2 il yarım sonra dünən qardaşı Mehmət Öcalanla görüşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə  "tr.sputniknews.com" saytı Türkiyədəki Xalqların Demokratik Partiyasının (HDP)  parlamentdəki qrup başkanı Pervin Buldana istinadla məlumat yayıb. 

Xanım deputat Abdullah Öcalanın səhhətinin yaxşı olduğu bildirilir.

 Pervin Buldan həmin görüş barədə bir qədər sonra ictimaiyyətə geniş informasiya veriləcəyini bəyan edib.

Xatırladaq ki, Mehmət Öcalana qardaşı ilə  görüşə sonuncu dəfə 2016-cı il sentyabrln 11-də icazə verilib.