Yunanıstanın baş naziri Aleksis Sipras ölkənin müdafiə naziri Panos Kammenosun istefa ərizəsini qəbul etdiyini bildirib.
YeniAvropa yerli "Protothema.gr" saytına istinadla xəbər verir ki, müdafiə naziri səlahiyyətlərinin icrası hələlik Yunanıstanın Baş Qərargah rəisi Yevangelos Apostolakisə həvalə olunub. Məlumatda qeyd edilib ki, hökumətin ikinci gün keçiriləcək iclasında Yevangelos Apostolakisin ölkənin müdafiə naziri vəzifəsinə təyin ediləcəyi planlaşdırılıb.
Saytın yazdığına görə, müdafiə naziri Panos Kammenosun istefa verməsinə səbəb baş nazir Aleksis Sipras ilə olan fikir ayrılığı səbəb olub.