Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin (XİN) binasında qaz qumbarası partlayıb.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə nəticəsində gözyaşardıcı qazdan bir neçə mühafizəçi zərər çəkib. Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısı almaq üçün kondisionerlərin söndürülməsi təlimatlı verilib.
Məlumata görə, hadisə qumbaraların saxlanıldığı binanın anbarında baş verib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.