logo

İran “Fateh” adlı yeni sualtı qayığı Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək

18:10 13-01-2019 | icon 2793
İran “Fateh” adlı yeni sualtı qayığı Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək

İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək. Yanvarın 29-da istismara veriləcək qayıq tamamilə İranın milli istehsalıdır.

YeniAvropa xəbər verir  ki, bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Hanzadə qayığın Atlantık okeanına göndəriləcəyini bildirib.

Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr üzmək imkanına malikdir. Bundan başqa yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir.