logo

Qədir Hüseynov Tallində  beynəlxalq turnirin qalibi olub

17:15 13-01-2019 | icon 3038
Qədir Hüseynov Tallində  beynəlxalq turnirin qalibi olub

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Tallinn şəhərində keçirilən Paul Keres memorialında uğurla çıxış edib.

YeniAvropa xəbər verir  ki, 11 ölkədən 88 şahmatçının qatıldığı turnirdə Qədir Hüseynov keçirdiyi 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə blits turnirini birinci yerdə başa vurub. Memorial çərçivəsində keçirilən rapid yarışında 7 oyunda 6 xal yığan şahmatçımız üçüncü yeri tutub.