Çinin hakimiyyət orqanları Şansi vilayətindəki kömür mədənində baş verən çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçının həlak olduğunu bildiriblər.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş verib.