Dünya Bankının prezidenti Cim Yonq Kim vəzifədən gedəcəyini açıqladıqdan sonra bu posta namizədlər arasında ABŞ prezidentinin qızı İvanka Trampın və Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Haleyin olduğu iddia edilir.
YeniAvropa xəbər verir ki, “Financial Times” qəzetinin xəbərinə görə, Dünya Bankının prezidenti vəzifəsinə namizədlər arasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Green ve bu ölkənin Xəzinədarlığının beynəlxalq əlaqələr üzrə məsləhətçisi David Malpass da var.
Qeyd edək ki, Dünya Bankının prezidentini yarandığı gündən bəri bankın ən böyük səhmdarı olan ABŞ seçir.
Vəzifəsini fevralın 1-də tərk edəcəyini açıqlayan Cim Yonq Kim 2012-ci və 2017-ci illərdə Dünya Bankının prezidenti seçilib.