Tennis üzrə ikiqat Olimpiya çempionu, keçmiş dünya çempionu Endi Murrey karyerasını başa vurduğunu deyib.
YeniAvropa xəbər verir ki, o, Avstraliyanın Melburn şəhərində keçirilən mətbuat konfransında qərarını jurnalistlərlə bölüşüb. 31 yaşlı Murrey bildirib ki, buna səbəb ombasından aldığı zədədir.
Qeyd edək ki, E.Murrey 1977-ci ildən bəri “Böyük Dəbilqə”ni qazanan (2012-ci il) ilk britaniyalı tennisçidir.