ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan bildirib.
O qeyd edib ki, təhlükəsizlik səbəbindən ordunun nə vaxt ölkədən çıxacağı ilə bağlı detallar açıqlanmayacaq.
ABŞ Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələrin bir qisminin çıxarılmasına artıq başlanılıb.
CNN telekanalının verdiyi məlumata görə, Suriyadan ilkin mərhələdə hərbi aviasiya və donanma çıxarılacaq.