Bu gün Kutaisidə 27 yaşlı gənc oğlanın qrip virusundan öldüyü laboratoriyada təsdiq olunub. Batumidə isə 63 yaşlı ahıl kişi eyni xəstəlikdən dünyasını dəyişib. Bununla da Gürcüstanda qrip virusundan ölənlərin sayı 15-ə çatıb.
YeniAvropa xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yanvarın 11-də ölkənin səhiyyə naziri ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
Qrip virusundan dünyasının dəyişənlərin 5-i Acarıstan Muxtar Respublikasının sakinidir.
Direktor deyib ki, bu gün ölkədə qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 44-ü reanimasiya şöbələrindədir.