Cənubi Koreyanın sahil sularında göyərtəsində 14 nəfərin olduğu balıqçı qayığının yük gəmisi ilə toqquşaraq batması nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli "Yonhap" agentliyi məlumat yayıb. Xəbərdə bildirilib ki, hadisə ölkənin cənubundakı Yokci adasından 80 kilometr məsafədə, yerli vaxtla gecə 5:00 radələrində baş verib.
Cənubi Koreya Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, kapitan, dənizçi və 12 balıqçının olduğu qayıq Panama qeydiyyatındakı 3 min tonluq yük gəmisi ilə toqquşub. Hadisə yerinə gələn digər gəmilər 9 nəfəri xilas ediblər. Qayığın kapitanı da daxil olmaqla iki nəfərin cəsədi tapılıb. Digəri isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İtkin düşən iki nəfərin axtarışı davam edir.