logo

Velosipedçilərimiz Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçəcəklər

17:54 11-01-2019 | icon 3101
Velosipedçilərimiz Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçəcəklər

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şose velosipedi üzrə "U-23" yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub.

AzVİF-dən YeniAvropa-ya bildiriblər ki, idmançılarımız yanvarın 15-dən etibarən 6 ay müddətində burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla öz ustalıqlarını artıracaqlar.

Qeyd edək ki, UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə olaraq 2 idmançımız eyni anda adı çəkilən idman mərkəzində ustalığını artırmaq şansı əldə edib.