ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ-Meksika sərhədindəki böhranla əlaqədardır. Donald Tramp özünün “Twitter” səhifəsində yazıb ki, sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların barışmaz mövqeyi və ölkənin təhlükəsizliyinin fövqəladə dərəcədə vacibliyi səbəbindən o, Davos Dünya İqtisadi Forumuna getmir və üzr istəyir.