Yanvarın 11-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürəcək.
YeniAvropa xəbər verir ki, 81-ci dəfə keçiriləcək turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) təmsil edəcəklər. Turnirdə, həmçinin hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2835), sabiq çempionlar Vişvanatan Anand (2773) və Vladimir Kramnik (2777), ev sahibi Aniş Giri (2783) və ötən ilin ən yaxşı çıxış edən çinli Dinq Liren (2813) də mübarizə aparacaqlar.
İsveçrə sistemi üzrə 14 turdan ibarət keçiriləcək turnirin 12 turu Veyk-An-Zeedə təşkil olunacaq. Beşinci turun partiyaları Alkmar, 10-cu turun qarşılaşmaları isə Leyden şəhərlərində oynanılacaq.
Festival çərçivəsində əsas (“Masters”) turnirlə yanaşı, “Challengers” yarışları da keçiriləcək.
Xatırladaq ki, Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Zee turnirinin qalibi olub.