logo

FHN Qubada yanan mağazalar barədə məlumat yaydı

16:15 10-01-2019 | icon 3878
FHN Qubada yanan mağazalar barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 kvadratmetr olan üç mağazanın (hər mağazanın sahəsi 20 kvadratmetr) konstruksiyaları yanıb.

Alov nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bitişik mağazalar yanğından mühafizə olunub.