logo

Dünyanın ən varlı insanı boşandı

20:50 09-01-2019 | icon 3066
Dünyanın ən varlı insanı boşandı

Dünyanın ən varlı insanı, "Amazon" kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.

YeniAvropa xəbər verir  ki, bu barədə məlumat sahibkarın "Twitter" səhifəsində yerləşdirilib. “Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.

"Forbes" nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında "Amazon"un başçısı dünyanın ən varlı insanlarının illik reytinqində "Microsoft"un yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda "Amazon" kapitalı bir trilyon dolları ötən "Apple" kompaniyasından sonra ikinci olub.