Naməlum şəxslər Norveçin ən zəngin insanlarından olan Tom Xaqenin 68 yaşlı həyat yoldaşı Anna Elizabet Falkevik-Xaqeni oğurlayaraq, onun geri qaytarılması üçün 10,3 milyon dollar kriptovalyuta tələb edirlər.
YeniAvropa xəbər verir ki, Norveçin "Verdens Gang" nəşrinin yaydığı məlumata görə, 68 yaşlı qadın oktyabrın 31-də yoxa çıxıb və həmin vaxtdan etibarən onun barəsində heç bir informasiya alınmayıb.
Ötən həftə oğrular 200 milyon dollara yaxın varidat sahibi olduğu bildirilən TomXaaqenlə telefon əlaqəsi yaradaraq, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə qadına qarşı güc işlədəcəklərini bildiriblər.
Norveç polisi isə öz növbəsində kriptovalyuta ilə ödənilən məbləğin ünvanı və son təyinat yerini aşkarlamaq mümkünsüz olduğundan, Tom Xaqenə tələb edilən məbləği verməməyi israr edir. Belə ki, cinayətkarların axtarışına yerli qüvvələr ilə yanaşı həm də "İnterpol" cəlb edilib.