Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir, lakin bu səfərin konkret müddəti hələ müəyyən edilməyib.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov deyib: “Biz lap yaxın perspektivdə olmasa da kifayət qədər tezliklə belə bir səfəri gözləyirik və ona hazırlaşırıq. Bununla bərabər, hələlik konkret tarix müəyyən edilməyib”.
Xatırladaq ki, bir qədər əvvəl "Anadolu" agentliyi Türkiyə prezidentinin Rusiyaya yanvar ayının əvvəlində səfər edəcəyə barədə xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, iki ölkənin liderləri geniş əhatəli məsələləri, o cümlədən Suriyada vəziyyəti və Ankaranın Moskvadan "S-400" zenit raket sistemləri alması barədə müqaviləni müzakirə edəcəklər.