Martın 10-da Koreya Xalq Demokratik Respublikasında 14-cü çağırış Ali Xalq Məclisinə seçkilər keçiriləcək.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyada parlament seçkilərinin keçirilməsi barədə qərar Ali Xalq Məclisinin prezidiumu tərəfindən ölkə konstitusiyasının 90-cı maddəsinə müvafiq olaraq qəbul edilib.