logo

Hacıqabulda “Mercedes” aşdı, 3 nəfər yaralandı

14:57 09-01-2019 | icon 3808
Hacıqabulda “Mercedes” aşdı, 3 nəfər yaralandı

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə rayonun Atbulaq kəndi ərazisində Bakı-Qazax magistralının 83–cü kilometrliyində qeydə alınıb.

Magistralda hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.