Özbəkistanda fəaliyyət göstərən ekologiya hərəkatının bazasında yeni partiya - Ekologiya Partiyası yaradılıb.
YeniAvropa xəbər verir ki, bununla bağlı keçirilən təsis qurultayında Özbəkistan Ali Məclisinin deputatı Botiy Alixanov partiyanın sədri seçilib.
İndiyədək Özbəkistanda Xalq demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası və Liberal-Demokratik Partiyası (Sahibkarlar Hərəkatı) fəaliyyət göstərirdi.
Xatırladaq ki, Özbəkistan Ekologiya Hərəkatının parlamentdə 15 deputat mandatı var.