logo

Çexiyada 6 saxta universitet aşkar olunub

14:15 09-01-2019 | icon 2849
Çexiyada 6 saxta universitet aşkar olunub

Çexiyada Təhsil Nazirliyindən lisenziyası olmayan xarici ölkə universitetləri və onların filialları fəaliyyət göstərir. 

YeniAvropa xəbər verir  ki,  bu faktlar nazirliyin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkarlanıb.

Yoxlamaların nəticələrinə görə, akkreditasiya olunmalı olan ixtisasları təqdim etməyən altı universitet barəsində 200 min kron (8 min avro) cərimə cəzası tətbiq edilib. Akkreditə olunmayan ixtisaslar üzrə diplomlar verən iki universitet haqqında isə cinayət işi qaldırılıb.

Bir neçə təhsil müəssisəsinin müvafiq statusu olmadan özlərini “universitet” adlandırması da məlum olub. Nazirlik onların adlarını açıqlamayıb.

Təhsil Nazirliyinin məlumatına görə, Çexiyada qanuni fəaliyyət göstərən 16 xarici ali məktəb və onların filialları var.