logo

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

23:28 08-01-2019 | icon 2961
Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

2018-ci il dekabrın sonuna olan məlumata görə, Çinin valyuta ehtiyatları noyabrın sonu ilə müqayisədə 11 milyard dollar, yaxud 0,4 faiz artaraq 3 trilyon 72,7 milyard dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Valyuta Nəzarəti İdarəsi(DVNİ) məlumat yayıb. Qeyd edilib ki, 2018-ci ilin dekabrında Çinin ödəmə balansı sabit meylini qoruyub saxlayıb, valyuta bazarında tələb və təklif arasında tarazlıq müşahidə edilib.

İlin sonunda digər əsas valyutaların ABŞ dollarına nisbətdə mübadilə məzənnəsi bir qədər artıb, aparıcı ölkələrdə aktivlərin qiyməti bahalaşıb, mübadilə məzənnəsinin konversiyasının, aktivlərin qiymətlərinin və digər amillərin uyğunlaşması ilə əlaqədar olaraq valyuta ehtiyatlarının miqyası bir qədər bərpa olunub: “ABŞ dollarının dəyərdən düşməsi və qiymətli kağızların bahalaşması Çinin qızıl-valyuta ehtiyatlarının həcminə təsir göstərib”.