Cənubi Afrika Respublikasında (CAR) iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 604 nəfərədək artıb.
YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu paytaxt Pretoriyanın Tsvane dairəsinin başçısı Solli Msimanqa bildirib. Bundan əvvəl respublikanın təcili yardım xidməti qəzada 3 nəfərin həlak olduğu və 200 nəfərin zərər çəkdiyi barədə məlumat yaymışdı.
“Bu gün Tsvanedə kədərli gündür, iki qatarın toqquşması nəticəsində üç nəfər ölüb, 604 sərnişin xəsarət alıb”, - Msimanqa Twitter səhifəsində belə yazıb.