logo

Ukraynada daha dörd prezidentliyə namizəd qeydə alındı

20:49 08-01-2019 | icon 6090
Ukraynada daha dörd prezidentliyə namizəd qeydə alındı

Ukraynanın Mərkəzi Seçki Komissiyası daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

YeniAvropa xəbər verir  ki, MSK-nın iclasında Ali Radanın deputatı Sergey Kaplin, “Ədalət” ictimai-siyasi hərəkatının təmsilçisi Valentina Nalivayçenko, “Samopomiç” Birliyi Partiyasından Andrey Sadovoy və müstəqil Vitaliya Skotsikanın namizədliyi təsdiqlənib.

Prezidentliyə namizədlik üçün sənədlər fevralın 3-dək MSK-ya təqdim edilməlidir.

Xatırladaq ki, MSK bundan əvvəl ilk prezidentliyə namizəd kimi İqor Şevçenkonun müraciətini qeydə alıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.