logo

Rusiya hərbi polisi Suriyada patrul xidmətinə başlayıb

14:57 08-01-2019 | icon 2814
Rusiya hərbi polisi Suriyada patrul xidmətinə başlayıb

Rusiya hərbi polisi Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Hələb əyalətinin Manbica rayonundakı ərazidə patrul xidmətinə başlayıb.

YeniAvropa "TASS "agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə polis nümayəndəsi Yusup Mamatov bildirib.

Onun sözlərinə görə, bu, cavabdeh zonada təhlükəsizliyi təmin etmək, silahlı dəstələrin yerləşməsi və yerdəyişməsinə nəzarət etmək məqsədi daşıyır. Hərbi polislər ərazinin döyüşçülər tərəfindən işğalı dövründən qalan gizli silah anbarları və partlamayan mərmilər barədə yerli sakinlərdən məlumatları qəbul edirlər.