logo

Rusiya və İran Xəzərdə birgə hərbi təlim keçirəcəklər

12:19 08-01-2019 | icon 2653
Rusiya və İran Xəzərdə birgə hərbi təlim keçirəcəklər

Rusiyanın İran ilə Xəzər dənizində keçirəcəyi birgə hərbi təlimləri regionda təhlükəsizliyi daha da möhkəmləndirəcək.

YeniAvropa xəbər verir  ki, bu fikri  Siyasi və Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsiqanok deyib. Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin dənizə kənar ölkələrin hərbi dəniz qüvvələrini buraxmamaq haqqındakı qərarı çox düzgündür və təhlükəsizliyin davamlı olmasına xidmət edir. Xəzərdə ən güclü hərbi donanmaya İran ilə Rusiya malikdir. Bu dövlətlər də dənizin təhlükəsizliyini təmin etməlidirlər.

Ekspert diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin Xəzər dənizindəki hərbi əməkdaşlığı terrorçuluğun, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısını səmərəli alar.

Xatırladaq ki, ötən gün İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə İran ilə Rusiyanın Xəzər dənizində birgə geniş hərbi təlimlər keçirəcəklərini bəyan edib.