logo

Avstriyada qar uçqunu: üç turist ölüb, dörd nəfər itkin düşüb

22:18 07-01-2019 | icon 2842
Avstriyada qar uçqunu: üç turist ölüb, dörd nəfər itkin düşüb

Avstriyanın böyük hissəsinə yağan güclü qar üç xizəkçinin ölümünə səbəb olub, dörd nəfər itkin düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə  "France24" telekanalı məlumat yayıb. Bildirilib ki, qar uçqunu nəticəsində iki alman xizəkçi qərbi Forarlberq regionunda, sloveniyalı bir xizəkçi isə Zalsburq rayonunda həlak olub.

Ötən həftənin ortalarında Avstriyanın mərkəzinə və şimalına 1,5 metr, Zalsburq ətrafındakı dağlara isə 3 metr qalınlığında qar yağıb. Turistlər də daxil olmaqla, 2 minə yaxın insan Zelstal vadisinin kəndlərində ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalıb. Aşağı Avstriyada dağ-xizək kurortları bağlanıb. Həm sakinlərə, həm də turistlərə ərazini tərk etmək tövsiyə olunub.

Qar yaxın günlərdə də yağmaqda davam edəcək.