Türkiyənin Samsun vilayəti sahillərində batan quru yük gəmisindəki iki azərbaycanlıdan biri - İbrahim Məmmədov ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev məlumat verib. Onun sözlərinə görə, gəmidə çalışan digər həmyerlimiz-Turbat İsmayılovun taleyi isə hələlik məlum deyil.
Gəmidə xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı səfirlikdə “qaynar xətt” yaradılıb.
Xatırladaq ki, bugün səhər "Anadolu" agentliyinin yaydığı məlumta görə, Türkiyənin sahil-mühafizə xidmətinin bir qayıq və helikopterlə başlatdığı axtarış-xilasetmə əməliyyatları nəticəsində altı ekipaj üzvü xilas edilib, bir nəfərin isə cəsədi tapılıb. Xilas edilənlərdən dördü xəstəxanaya çatdırılıb.
On üç nəfərlik ekipaj üzvünün doqquzu ukraynalı, ikisi isə rusdur.