Gürcüstanda donuz qripinə 158 yoluxma faktı qeydə alınıb. Onlardan 9-u artıq dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan Səhiyyə Nazirliyinin qərarına əsasən paytaxt Tbilisidə 5 səhiyyə müəssisəsi fövqəladə iş rejiminə keçib.
Mərkəz rəhbəri deyib: “Bizim apardığımız araşdırmalara əsasən ölkədə laboratoriya şəraitində 162 nəfərin qrip virusuna yoluxması təsdiqlənib. Onların da böyük əksəriyyətinin - 158 nəfərinin məhz H1N1 virusuna (donuz qripi) yoluxduğu məlum olub. Digər 4 nəfərdə H3N2 virusu aşkarlanıb.
Mətbuatın yazdığına görə, bu gün Poti şəhərində daha bir nəfər “donuz qripi”ndən dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq, 40 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Bununla da Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb.