ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi Kevin Svini istefa verib.
YeniAvropa xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yerləşdirilib. “Pentaqonda iki il çalışdıqdan sonra düşünürəm ki, artıq özəl sektora keçmək vaxtıdır. Müdafiə Nazirliyində qulluq etmək mənim üçün şərəfdir”, - deyə K.Svini bəyan edib.
ABŞ-ın müdafiə naziri Patrik Şanahan K.Svininin dövlətə sədaqətlə qulluq etməsinin təqdirəlayiq olduğunu deyib: “Mən Kevin Svininin istər 30 il hərbi dəniz qüvvələrində, istərsə də son iki ildə Müdafiə Nazirliyində xalqımız üçün gördüyü işləri yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, K.Svini son günlərdə istefa verən üçüncü Pentaqon rəsmisidir.