Qabonda dövlət çevrilişi olub
Qabonda dövlət çevrilişi olub.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, milli radionu ələ keçirən bir qrup əsgər ölkədə dövlət çevrilişinin baş verdiyini elan edib.
Xatırladaq ki, Qabon Afrika qitəsinin neftlə zəngin ölkələrindən biridir.
31 dekabrda prezident Əli Bonqonun xalqa bayram təbriki ölkədə narazılıq yaradıb. Bunun ardından bu gün səhər saat 04 radələrində hərbçilər dövlət radiostansiyasını ələ keçiriblər. Leytenant Ondo Obianq Kelli hərbçilər adından bəyənnamə oxuyub. Ölkədə "Bərpa milli şurası" yaradıldığı elan olunub. Müraciətdə prezident Əli Bonqonun xalqa yeni il təbriki kəskin tənqid olunub və ailə hakimiyyətinin saxlanmasına xidmət etdiyi bildirilib. "Artıq zaman yetişib, ordu xalqın tərəfinə keçərək Qabonu xaosdan xilac etməyə qərar verib... Artıq oyanmaq vaxtıdır.. Ətrafınıza nəzər yetirin, qonşularınızı da oyadın, birləşmək vaxtıdır, küçələri nəzarətə götürün",-deyə müraciətdə bildirilib.
Qeyd edək ki, 59 yaşlı Əli ben Bonqo Ondumbu 2009-cu ildən ölkədə prezidentlik edir. 2016-cı ildə ikinci dəfə prezident seçilsə də , müxaliət seçkilərin saxtalaşdığını bəyan edib.
Bundan əvvəl isə 42 il müddətində Əli Bonqonun atası Ömər Bonqo Qonqoda prezidentlik edib. O, öldükdən sonra oğlu Əli hakimiyyətə gəlib. Ötən il oktyabrın 24-də Əli Bonqo insult keçirdiyindən Səudiyyə Ərəbistanında uzun müddət müalicə alıb. Hazırda o, Mərakeşdə müalicəsini davam etdirir.
Yeni il münasibətilə xalqa təbrikində Əli Bonqo özünü yaxşı hiss etdiyin və tezliklə ölkəyə qayıdacağını bildirib. Ölkə KİV-i isə belə iddia edir ki, prezidentin sağlıq durumu yerində deyil və bu səbəbdən də ekranda onu tam ölçüdə göstərməyiblər.
Prezidentin ölkədə olmaması səbəbindən Qabonun Konstitusiya məhkəməsi ölkə konstitusiyasına bəzi dəyişiklik edib. Şlkə üçün vacib əhəmiyyətli qərarların qəbil edilməsinə dair prezidentin səlahiyyətində olan bəzi məsələləri baş nazirə həvalə edib.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib